Venesuela prezidenti Nikolas Maduro təslim olmaları və silahı yerə qoymaları üçün cinayətkar qruplaşmalara üç gün vaxt verib.
Bu barədə Maduro ölkə televiziyasında çıxışı zamanı bildirib.
\”Barışıq istəyən qruplaşmaların bunu etmək üçün 72 saat vaxtı var. Artıq zaman yetişib, bizim övladlarımız dinc həyat yaşamalıdılar”, – deyə Venesuela prezidenti qeyd edib.
Əks halda Maduro cinayətkarların güc yolu ilə zərərsizləşdirəcəyini bildirib. Onun sözlərinə görə, təslim olmaqdan imtina edən cinayətkarlarla danışıqlar silahların tətbiqi ilə aparılacaq. Belə əməliyyatlara Silahlı Qüvvələr, Milli polis, cinayət – axtarış və təhlükəsizlik idarəsinin əməkdaşları cəlb olunacaq. (liderxeber.az)
İnterpress.az