Zərdabda daha bir sahibkar-polis qalmaqalıbackend

Zərdabda daha bir sahibkar-polis qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AzNews.az-a istinadən xəbər verir ki, sahibkarın özü məlumat verib. Bildirib ki, Zərdab rayon Polis şöbəsinin əməkdaşları ona sahibkar kimi fəaliyyətini davam etdirməyə imkan vermir: “Polis sahibkarlara işləməyə imkan vermir. Bir müddət öncə bütün obyektlərimi bağladım. 80 nəfər işçimi yığıb iclas çağırdım. Onlara obyektlərimin bağlamaq səbəbini açıqladım. Onun tələbinin ucbatından 80 nəfər işçim bir aya yaxın işsiz qaldı”.

G.Rüstəmov qeyd edib ki, ondan obyektlərini işlətmək üçü 20 min manat rüşvət tələb edir: “Deyirlər, rayonda dövlət əhəmiyyətli nəsə tikilir və guya, bütün sahibkarlarından 15- 20 min arasında pul yığılacaq. Məndən də 20 min manat istədilər. İmkan yoxdur deyəndə, qoluma qandal vurub polisə apardılar. Hələ o gündən qandalın üzü qolumdadır. Gücüm çatmır, həmin məbləği verə bilmirəm. Bu üzdən də obyektlərimi bağladım”.

Sahibkar məsələ ilə bağlı ölkə başçısına teleqrama vurduğunu və Baş Prokurorla şəxsən görüşdüyünü deyib: “Prezidentin sahibkarlarla bağlı qərarı var. Bütün nazirliklərə, hüquq-mühafizə orqanlarına teleqrama vurmuşam. Olanları həmin teleqramda bildirmişəm. Bundan əlavə Baş prokuror Zakir Qaralovun qəbulunda oldum, şəxsən özü ilə danışdım. Zakir Qaralov dedi ki, “mən zamin dayanıram, get mağazaraını aç”.

Gəldim mağazalarımı açdım, amma hər gün bizə xəbər göndərir, hədə-qorxu gəlirlər”.

Məsələ ilə bağlı Zərdab Rayon Polis Şöbəsindən suallara cavab üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət bildirdilər.

Qeyd edək ki, bu, Zərdabda polisin sahibkarlara qarşı amansız rəftarıyla bağlı ilk fakt deyil. Analoji hal ötən ay da baş vermişdi.

İnterpress.az