Təqaüd Proqramında iştirak edən universitetlərin siyahısı ilə keçiddən (http://www.russia-edu.ru/) tanış ola bilərsiniz.
Təhsil Nazirliyindən verilən məlumata görə, təqaüd Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələrində Riyaziyyat və mexanika, Fizika və astronomiya, Kimya, Torpaqşünaslıq elmləri, Biologiya elmləri, İnformatika və hesablama texnikası, Maşınqayırma, Tətbiqi geologiya, dağşünaslıq, neft-qaz, Nanotexnologiya və nanomateriallar, Kliniki tibb, Kənd təsərrüfatı, meşə və balıq sənayesi, Baytarlıq İqtisadiyyat və idarəçilik, Servis və turizm, Təhsil və pedaqoji elmlər, Tarix və arxeologiya, Musiqi incəsənəti ixtisasları üzrə yerlər ayrılıb.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşlarından http://russia.study/registration linkindən qeydiyyat-müraciət formasını doldurmağı və 17 may 2016-cı il tarixi saat 12:00-dək tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla [email protected] ünvanına göndərmələri xahiş olunur.
Elektron poçtla göndərilən sənədlərin əslini isə yalnız 13, 16, 17 may tarixlərində saat 11:00-12:00 arası Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə əlaqədar şəxsə (Tavad Mustafayeva) təqdim etməyiniz xahiş olunur.
Tələbələr üçün nəzərdə tutulmuş Rusiya Hökuməti hesabına təhsil aşağıdakı xərcləri əhatə edir:Rusiya Federasiyası tərəfindən:
-ödənişsiz təhsil;
-universitet yataqxanasında yaşayış;
-aylıq təqaüd;
Təhsil yerinə gediş-gəliş xərcləri və tibbi sığorta tələbələrin özləri tərəfindən qarşılanır
Daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz http://www.edu.gov.az/upload/file/ELAN/2016/may/rusiyada_tehsil/elan_Rusiya.pdf