Hər şey iclas zamanı müxalifət nümayəndələrinin C.Keylə onun \”Greenpeace\” ekologiya təşkilatının adının \”Panama peypers\”də hallanmasıyla bağlı iddiaları ətrafında mübahisəsi zəmnində baş verib.
\”Greenpeace\” nümayəndəsi baş nazirdən fikirlərinin səhv olduğunu etiraf edib üzr istəməyi xahiş edib. C.Key isə əvəzində yüksək səslə üzr istəniləsi heç nə olmadığını bildirib.
Mübahisə yüksək səs tonu ilə atışmaya keçincə palatanın spikeri hər iki tərəfin mikrofonunu söndürüb və tərəfləri davranış qaydalarına riayət etməyə çağırıb. Lakin baş nazir qarşı tərəfə yenə nəsə qışqırmağa davam edib.
Belədə parlament sədri C.Keydən iclas zalını tərk etməyi istəyib. Spiker, həmçinin baş nazirin bundan əvvəl də anoloji halla davranış qaydalarını pozduğuna görə xəbərdarlıq aldığını əlavə edib. (report.az)
İnterpress.az