İki sərnişin təyyarəsinin toqquşmasında -MUƏMMAbackend

İki sərnişin təyyarəsinin toqquşmasında -MUƏMMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə nəticəsində xəsarət alan olmasa da hava limanı müvəqqəti olaraq fəaliyyətin dayandırıb. Bildirilir ki, A320 Tunisə uçmağa hazırlaşıb. \”Boeing 777\” isə Dakaradan gəlib və enişə hazırlaşıb.

Təyyarə qəzalarının monitorinqini aparan tədqiqatçı Paşa Yaqub xəbəri moderator.az saytına şərh edərkən, qəzanın sirlərini belə şərh etmişdir:

-Əvvəllər baş verən təyyarə qəzalarını şərh edərkən bildirmişdim ki, bu cür qəzalar biri-biri ilə zəncirvari bağlıdır (bax:
Xatırladım ki, 25 mart 2014-cü il tarixdə Azərbaycana məxsus “Boeinq 757” təyyarəsi İstanbulda enərkən yanğın baş vermişdi. Bu gün həmin hadisənin 777-ci (!) günüdür ki, bu da toqquşan təyyarələrdən birinin üzərində həkk olunmuşdur: “Boeinq 777” (!)

\”And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır\”. Quran, 19:94.

Əvvəlki şərhlərimdə bildirmişdim ki, bu cür qəzalar bir qayda olaraq 114 və 286 ədədləri ilə astronomik hadisələrə bağlanır ki, bunlardan birincisi “Quran”ın surələrinin, ikincisi isə, səhifələrinin sayıdır. Maraqlıdır ki, Fransada baş verən təyyarə toqquşmaları 28 sentyabr 2015-ci ildə baş verən Ay tutulmasının (astronomik xəbərdarlığın) 228-ci günüdür ki, bundan “Quran”ın surələrinin sayını (114) çıxdıqda, yenə də müqəddəs kitabın rəmzi olan 114 ədədi alınır və diqqətimizi yenə də “Quran”a yönəldir.

\”Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!\” Quran, 57:22

Bugünkü təyyarə toqquşmasında diqqət çəkən məqamlardan biri də “Quran”ın səhifələrinin sayı olan 286 ədədi ilə digər analoji qəzalara bağlanmasıdır. Xatırladım ki, 5 yanvar 2014-cü il tarixdə Mədinə şəhərində “Boeinq 767”, Bakı şəhərində isə, “A-380” təyyarələri qəza enişi etmişlər. Bu gün bu qəzaların 858-ci günüdür ki, bu da 286 ədədinin üç mislidir:

858 – 286 – 286 = 286

Maraqlıdır ki, astronomik hadisələrin monitorinqi də onların 858 gündən bir təkrarlandığını göstərir.
Bir daha qeyd etməyi vacib bilirəm ki, bu cür qəzaların baş verməsi Allahdan xəbərdarlıq olmaqla, zülm etməkdə və günah törətməkdə həddin aşmış Yer əhlinin diqqətini Qurana yönəltmək, zülümdən çəkindirmək məqsədi daşıyır.
Hesablamalarımız göstərir ki, bəşəriyyət bu xəbərdarlıqlara lazımi reaksiya verməzsə, daha böyük faciələrlə üzləşəcəkdir. Bu kimi hadisələrdən tövbə edib doğru yola dönməklə, zülm etməkdən çəkinməklə və insanlara yaxşılıqlar etməklə sığortalanmaq mümkündür.

“Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi günahlardan təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik.
Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” Quran, “İnək” surəsi, 151, 152-ci ayələr.(Moderator.az)

İnterpress.az