İran və Rusiya Azərbaycandan keçəcək marşrutu müzakirə edəcəkbackend

İran və Rusiya Azərbaycandan keçəcək marşrutu müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Rusiya FGX-nin Mətbuatla qarşılıqlı fəaliyyət üzrə şöbəsinin rəisi Dmitri Kotikov məlumat verib.

\”Gömrük prosedurlarının yüngülləşdirilməsinə yönəlmiş \”Sadələşdirilmiş gömrük dəhlizi\” və \”Şimal-Cənub\” layihələrinin reallaşdırılması üzrə məsələlərin müzakirə olunması planlaşdırılır\”, – deyə idarə rəsmisi bildirib.

Onun sözlərinə görə, birinci layihə Rusiya və İran arasında hərəkətdə olan mal və nəqliyyat vasitələri haqqında ilkin informasiya mübadiləsini nəzərdə tutur. O artıq Moskva və Tehranda biznesə təqdim olunub.

\”\”Şimal-Cənub\” layihəsi yüklərin ümumi uzunluğu Helsinkidən Rusiya, Azərbaycan və İrandan keçməklə Hindistanın Mumbay limanına və Cənub-Şərqi Asiyayadək 7 min km-dən çox olan multimodal nəqliyyat marşrutudur\”, — deyə Kotikov izah edib.

O əlavə edib ki, Belyaninov İrana səfəri çərçivəsində İran biznesinin nümayəndələri ilə də görüşmək niyyətindədir. (aznews.az)

İnterpress.az