Su təchizatı və kanalizasiya sistemləri yenilənir-ÖZƏLbackend

Su təchizatı və kanalizasiya sistemləri yenilənir-ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a \”Azersu\” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri Salyanda başlayıb: “Bu əraziyə Şirvan- Muğam Kəmərindən su çəkilir. Daha sonra Ağcabədi, Qazaxda və yenidən qurma işlərinə başlayacağıq”.
Qrum sözçüsü əlavə edib ki, Səudiyyə İnkişaf Fondu Azərbaycana güzəştli şərtlərlə kredit ayırıb. \”Azersu\” ASC olaraq bu kreditlərlə Xırdalan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılır. Həmçinin Səudiyyə İnkişaf Fondu Badamdara da kredit ayrıb. Burada da işlərə 2015 ci ildən başlamışıq.

Gülşanə Mustafayeva
İterpress.az