Kursu bitirən 76 nəfər ” Bakı Metropoliten”inə işə götürülübbackend

Kursu bitirən 76 nəfər ” Bakı Metropoliten”inə işə götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda İnterpress.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, metropolitenin təlim-tədris mərkəzində təşkil olunan 1 aylıq ödənişsiz kurslara martın 14-dən start verilmişdi:

“Təxminən 1800 müraciətdən ilkin müsahibəyə dəvət edilən 500 nəfər arasından metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası seçim edərək 77 nəfəri kurslara dəvət edib.

Kursun nəticəsi aprelin 14-ü yekun imtahandan sonra bəlli olub. Belə ki, imtahanda 62 nəfər məqbul, 15 nəfər qeyri-məqbul nəticə göstərib6 \” İmtahan nəticələri məqbul olan 60 nəfərlə qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlanaraq hərəkət xidmətində işlə təmin olunub. 2 nəfər isə onlara təklif olunan işdən imtina edib\”.
N.Paşayev həmçinin qeyd edib ki, QSC-nin işarəvermə və rabitə xidmətində də vakant vəzifələrə işə qəbul prosesi də yekunlaşıb:

“Seçimlər metropolitenin rəsmi internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə anket forması ilə müraciət edənlər arasında aparılıb. Müsahibəyə 70 nəfər dəvət olunub. 23 nəfər nəzərdə tutulan tələblərə uyğun olduğundan, martın 14-dən təlim-tədris mərkəzində 1 aylıq ödənişsiz kurslara qatılıb.

Aprelin 5-i yekun imtahanda kursu bitirən 23 nəfərdən 21-i iştirak edib. Onlardan 18-nin nəticələri məqbul, 3-nün nəticələri isə qeyri-məqbul qiymətləndirilib.

İmtahan nəticələri uğurlu olan 16 nəfərlə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanıb. Sağlamlığı vakant vəzifəyə uyğun olmadığı üçün 2 nəfər isə təklif olunan işdən imtina edib”.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin vakant vəzifələr üzrə işə qəbul prosesi davamlı olacaq.

Gülşanə Mustafayeva
İnterpress.az