İnterpress.az xəbər verir ki, sosial şəbəkələrdə cəbhənin Tərtər istiqamətində döyüş əməliyyatlarının başladığına və Azərbaycan Ordusunun düşmən mövqelərini darmadağın etməkdə olduğuna dair məlumatlar yayılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, bu məlumat həqiqətə uyğun deyil:
\”Hazırda Tərtər istiqamətində sakitlikdir. Ümumiyyətlə, bütün cəbhə xətti boyu nisbi sakitlikdir. Ola bilər ki, cəbhəyanı ərazilərdə haradasa Silahlı Qüvvələrin bölmələrinin atış təlimləri keçirilir deyə, bəziləri gurultu səslərindən bunu cəbhədə döyüş əməliyyatlarının başlaması kimi başa düşürlər. Amma həqiqətən də hələlik heç bir döyüş əməliyyatı keçirilmir. Silahlı Qüvvələrimiz bütün cəbhə xətti vəziyyətə tam nəzarət edir\”.
(Milli.az)
İnterpress.az