N.Məmmədov 1999-cu ildə \”Təfəkkür” universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb.
Bu informasiyalar artıq dünyanın məşhur informasiya bazası olan Vikipediyada da yer alıb. Vikipedik məlumatda bu xəbərlər dərc olunub. Onun 1999-cu ildə ali məktəbi bitirməsi və daha əvvəllər baytarlıq sahəsində işləməsindən general rütbəsinə qədər inkişaf etməsi də maraqlıdır.
Çünki 1995-ci ildən Dövlət Gömrük Komitəsində çalışır. Amma diplomu 1999-cu ildə alıb. 2007-cı ilin 28 dekabrından Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edir, gömrük general-leytenantıdır. Gundelik-baku.com-un araşdırmaları göstərir ki, gömrük generalının tərcümeyi-halında ziqzaqlı manevrlər kifayət qədərdir.
Yalnız mətbuatda yayılan məlumatlardan aydın olur ki, gömrük generalı 1999-cu ildə, yəni 48 yaşında diplom alıb. Qısa müddətdə karyera pilləsinin yüksək zirvəsinə qalxan bu şəxsin hazırda böyük imkanları mövcuddur. Sayt yazıb ki, gömrük generalının paytaxtda bir neçə avtomobil salonu, restoranları, Astarada çay fabriki, Naxçıvanda otelləri və digər mülkləri var. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(Vizual.az)
İnterpress.az