Türkiyədə həbsxanadan qaçan İŞİD-çiləri nazir müdafiə etdibackend

Türkiyədə həbsxanadan qaçan İŞİD-çiləri nazir müdafiə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kocaelidən qapalı həbsxanadan, açıq həbsxanaya göndərilən İŞİD-lə bağlı cinayət işinin 4 şübhəlisindən ikisinin polisin \”qaça bilərlər\” xəbərdarlıqlarına baxmayaraq həbsxanadan qaçması üzə çıxıb. Bu qrupdan birinin \”partlayış törədəcəkdim\” açıqlamasından sonra qapalı cəzaevinə göndərildiyi bildirilir. Açıq həbsxanadan qaçan şəxslərlə bağlı Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağdan münasibət öyrənilib.

O, isə, medianın tənqidinə tuş gələn açıqlaması ilə yadda qalıb. Nazir \”Açıq cəzaevindən getmək, bizim ədəbiyyatımızda qaçış sayılmaz. Bayırda mühafizə, tellər yoxdur. Niyə cəzası bitməyə az qalmış şəxslər oraya gedirlər?\”, – deyə qeyd edib.

Nazir bəzi KİV-i, Türkiyə hökümətini İŞİD-ə dəstək verməkdə ittiham etməsilə jurnalistika qaydalarına zidd fəaliyyətdə də günahlandırıb. Ədliyyə nazirliyinə terrordan bəraət edənlərin niyə açıq CÇM-nə göndərilməsilə bağlı verilən sorğuya isə, Türkiyə Ədliyyə Nazirliyi \”terror ittihamlarından bəraət etdiklərinə görə bu cür haqları vardır\” kimi cavabı verilib.(İslamazeri.az)

İnterpress.az