Rusiyadan Qarabağ açıqlamasıbackend

Rusiyadan Qarabağ açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya XİN nümayəndəsi Mariya Zaxarova münaqişənin siyasi-diplomatik yolla həll edilməsinin zəruriliyini vurğulayıb.

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini artıq qəbul edilən beynəlxalq tanınmış sənədlər əsasında yalnız sülh və siyasi-diplomatik yolla görür”, – Zaxarova deyib.

XİN rəsmisinin sözlərinə görə, bu, beynəlxalq hüquqdan, beynəlxalq hüquq platformasından çıxış edərək münaqişənin müvafiq tənzimlənməsini siyasi-diplomatik metodlarla həyata keçirmək lazımdır: \”Ümid edirik ki, belə də ediləcək. Buna digər alternativ yol, məsələn, güc yolu yoxdur\”.

Mariya Zaxarova bu gün Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair də açıqlama verib.

O bildirib ki, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır.

Onun sözlərinə görə, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənilir: “Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi, əlavə məlumat veriləcək”.

M.Zaxarovanın sözlərinə görə, Moskva hesab edir ki, belə görüşlər danışıqlar prosesinin bərpa olunmasına kömək edəcək. ( anspress.com )

İnterpress.az