DSMF-nun Lerik rayon şöbəsinin müdiri Aslanov Daşdəmir qanunsuz əməlləri ilə rayona səs salıb.
Belə ki, D.Aslanov heç kimə məlum olmayan halda istədiyi adam üçün əmək stajı tapır. Sonra həmin əmək stajına əsasən əvvəlcədən razılaşmış şəxsi pensiyaya çıxardır və bir neçə ilin pensiyasına şərik olur. Mənbə bildirir: “Daha dəhşətlisi odur ki, D.Aslanovun qanunsuz və cinayət tərkibli əməlinə rayon rəhbərliyi də göz yumur.
Lerikin ən ucqar kəndində Aslanovun əməlləri dillər əzbəri olduğu halda, rayon rəhbərliyinin xəbərsiz olması mümkün deyil”.(Xeber.info)
İnterpress.az