\”The Globe and Mail\” məlumat verir ki, 2012-20015-ci illər ərzində yayımlanan videoların analizi göstərir ki, Riyad rejimi öz müxaliflərinə qarşı xüsusi ilə şiələrin daha çox məskunlaşdığı bölgələrdə zirehli texnikalardan istifadə edir. Bu məsələ Riyad rejiminin öz vətəndaşlarına qarşı hərbi texnikalardan istifadəsi ilə bağlı narahatlıqları artırır.
Bu video görüntülər Kanada və Ərəbistan arasıdna hərbi müqavilənin ləğvini istəyən fəallar tərəfindən \”The Globe and Mail\”a təqdim olunub. Bu müqaviləyə əsasən Kanada Ərəbistana 15 milyard dollar dəyərində zirehli texnika satacaq.
Kanada hökuməti aprel ayında bu texnikanın Səudiyyə rejiminə satışı üçün icazə verib. Bu zirehli texnikalarda tank əleyhinə toplar və pulemyotlar təchiz olunub. İmzalanmış müqaviləyə əsasən zirehli texnika 4 il müddətində Ərəbistana təhvil veriləcək.
Mərkəzi Berlində yerləşən Avropa-Səudiyyə insan haqları təşkilatının direktoru Əli Əl-Dubeysi deyib ki, Səudiyyə rejimi 2011-ci ildən Əl-Şərqiyyə əyalətində dinc şiələrin etirazlarını yatırmaq üçün 15 dəfədən çox zirehli texnikadan istifadə edib. Bu Kanada üçün əsas olmalıdır ki, Ərəbistanı öz hərbi silahlar alıcıları siyahısından çıxartsın.
O deyib ki, çox aydın məsələdir ki, Səudiyyə Ərəbistan Kanadadan alacağı hərbi texnika ilə dinc sakinlərə qarşı daha çox zorakılıqlar törədəcək.
Səudiyyə Ərəbistan insan haqları fəalları video görüntüləri və fotoları toplayıb. Bu görüntülər göstərir ki, Səudiyyə rejimi Əl-Şərqiyyə əyalətində yaşayış yerlərinə və dinc sakinlərə qarşı necə zirehli texnikalardan istifadə edir. (Maide.Az)
İnterpress.az