Xanımlar, balığı daha çox yeyinbackend

Xanımlar, balığı daha çox yeyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Filadelfiya” pendirli balıq gəlyanaltısı

Tərkib:

120 qr hisə verilmiş qızıl balıq
60 qr “Filadelfiya” pendiri
¼ dəstə şüyüd
1 dilim çörək

“Pesto”sousu üçün:

3 x.q. üyüdülümüş sidr qozu
50 qr “Parmezan” pendiri
2-3 diş sarımsaq
100 ml zeytun yağı
1 dəstə reyhan
Duz
Üstü üçün:
½ ədəd qırmızı baş soğan
½ dəstə reyhan
¼ dəstə kahı

“Pesto” sousunun hazırlanması:

Reyhanın saplaqları təmizlənib xırda doğranır, sarımsaq əzilir.Qarışığa sürtgəcdən keçirilmiş “Parmezan” pendiri, sidr qozu, yağ və duz əlavə edilir.Kütlə blenderdən keçirilir.
Gəlyanaltının hazırlanması:

“Filadelfiya”pendiri çəngəllə əzilir.Üzərinə xırda doğranmış şüyüd əlavə edilib qarışdırılır.Balıq dilimləri boşqaba dairəvi şəkildə düzülür. Ortasına pendirli içlik qoyulub “xonça” formasında.Boşqaba“Pesto” sousu tökülür, üzərinə dairəvi şəkildə doğranmış çörək dilimi qoyulur.
Çörəyin üstündən içlikli balıq yerləşdirilir. Kahı iri şəkildə, soğan halqavarı doğranıb gəlyanaltının üzərinə qoyulur. Hazır gəlyanaltı reyhan yarpağı ilə bəzədilib servis edilir.

Qeyd:
“Pesto” – İtalyan mətbəxinin məşhur sousudur. İtalyan dilində pestare feli əzmək, döymək, sıxmaq mənasını verir. Bu sousu makaronla, krekerlərlə, salat və ət xörəkləri ilə süfrəyə verir, şorbaların və lazanyanın hazırlanmasında istifadə edir, sadəcə çörəyin üstünə yaxır, hətta pestolu çörək də bişirirlər.

Nuş olsun!

İnterpress.az