Şəhidlərimizin dəfnindən 40 gün keçdi – FOTOLARbackend

Şəhidlərimizin dəfnindən 40 gün keçdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

II Fəxri Xiyabanda şəhidlərin məzarını ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri ziyarət ediblər.

Xəbər verdiyimiz kimi şəhid pilotlarımızın hər üçü Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüblər.

Şəhidlərimizin dəfnindən 40 gün keçdi – FOTOLAR

Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin layiq görüldüyü “Milli Qəhrəman” adı onun məzarında əks olunub.

Şəhidlərimizin dəfnindən 40 gün keçdi – FOTOLAR

Xatırladaq ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenantı Əbubəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev şəhid olublar.

Onların meyitləri neytral ərazidə qaldığı üçün beynəlxalq qurumların vasitəçiliyi ilə aprel ayının 10-da Azərbaycan tərəfə təhvil verilib.

Şəhidlərimizin dəfnindən 40 gün keçdi – FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və ordumuzun digər generallarının iştirakı ilə şəhidlərimiz aprel ayının 11-də II Fəxri Xiyabanda dəfn olunublar.(AzVision.az)

Şəhidlərimizin dəfnindən 40 gün keçdi – FOTOLAR

İnterpress.az