“Quş qripi”nə görə  aparılan monitorinqlər başa çatıbbackend

“Quş qripi”nə görə aparılan monitorinqlər başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.

“Monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 21 baş çöl quşlarının patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından götürülən 1932 baş ev quşlarının qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilmiş, nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib.Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməmiş, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən kütləvi tələfolma hallarına rast gəlinməyib.Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkəmizdə \”quş qripi\” və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında bu xəstəliyin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparılmasını nəzərdə tutur”.
Bundan başqa, Yolçu Xanvəli quş qripi və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabit olduğunu bildirib: “ Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir”.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə may ayının 2-dən 13-dək ölkə ərazisində “quş qripi” xəstəliyinə görə növbəti monitorinq aparıb. Nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarında həyata keçiriLİB.. Eləcə də monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan nümunələr götürülüb.

Gülşanə Mustafayeva

İnterpress.az