90 JS 588 dövlət qeydiyyat nömrə nişanlı, \”Shacman\” markalı yük maşınının sürücüsü Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Vüsal İmran oğlu Xudaverdiyev tutularaq istintaqa cəlb olunub. V.Xudaverdiyev hüquq-mühafizə orqanlarının əməkdaşlarına ilkin ifadəsində yük maşınının əyləc sistemində nasazlığın olduğunu bildirib: \”Bir neçə dəfə \”tormuzu\” basdım, \”tormuz\” tutmadı. Ona görə də maşını saxlaya bilmədim, maşın \”Ford\”la toqquşaraq aşdı\”.(Report)
İnterpress.az