DSXX xilasetmə ilə bağlı  kurslar təşkil edibbackend

DSXX xilasetmə ilə bağlı kurslar təşkil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətinin təbliğat-təşkilat şöbəsinin müdiri Mansur Piriyev deyib.

“Bunlara su nəqliyyat vasitələrini idarə etmək üçün təşkil olunan motorçu-sükançı və dalğıc kurslarını göstərmək olar. 2 may tarixindən Xidmətin bazasında III qrup 3-cü dərəcəli dalğıc hazırlığı kursunun tədrisinə başlanılmış və hal-hazırda davam edir. Həmin kursları keçən şəxslər kurs bitdikdən sonra imtahan verir, müvafiq ixtisas və dərəcəni göstərən sənədlərlə təmin olunurlar. Eyni zamanda bu kurslar xilasedicilərimizin peşəkarlığını, nəzəri və praktik hazırlıqlarını artırmağa imkan yaradır”.

Xatırladaq ki, FHN Dövlət Sularda Xilasetmə Xidməti çimərlik mövsümünə hazırlıq və sularda təhlükəsizliyin təmin olunması ilə bağlı kadr hazırlığını və xilasedicilərin peşəkarlığını daim diqqət mərkəzində saxlayır. Belə ki, ilin əvvəlindən başlayaraq Xidmətin Bakı və Abşeron yarımadasında və daha sonra ölkəmizin şimal, cənub və aran istiqamətləri üzrə fəaliyyət göstərən dalğıc-axtarış qrupu, sularda xilasetmə məntəqə və postların əməkdaşları ilə tədris-metodiki toplantılar keçirilib. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının metodiki köməkliyi ilə fevral ayında Aran Regional Mərkəzin və Xidmətin bazasında “Matros-xilasedicilərin hazırlıq kursu” təşkil olunub.

Gülşanə Mustafayeva
İnterpress.az