\”Azəravtoyol\” ASC-dən verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul-Kürdəmir hissəsində müəyyən olunmuş ərazilərdə olan 60 km/saat sürət həddi 90 km/saata qədər artırılıb.
Bu qərar avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə verilib.
Müvafiq olaraq magistral yolda minimal sürət həddi 90 km/saat, maksimal 110 km/saat müəyyən olunub.
Bundan öncə Bakıda \”Bibiheybət\” yolunda sürət artırılmışdı. Səbail rayonu \”20-ci sahə\” deyilən ərazidə sıxlığın aradan qaldırılması və \”Lökbatan\” dairəsi istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin daha rahat hərəkətinin təmin edilməsi məqsədi ilə “Bibiheybət yolu”nda (“Bibiheybət” məscidindən Bakı Su İdmanı Sarayına qədər olan hissədə) nəqliyyat vasitələrinin sürəti 60 km/saatdan 80 km-ə qaldırılmışdı.
Bir neçə il öncə isə Bakı-Sumqayıt yolunda maksimal sürət həddi 90-dan 110 km-saata çatdırılıb.
İnterpress.az