İnterpress.az xəbər verir ki, İstanbul Böyük Şəhər Bələdiyyəsi və Türk Dünyası Araşdırmalar Vəqfi ilə birgə Sabir Rüstəmxanlının 70 illik yubileyini keçirir. İstanbul Böyük Şəhər Bələdiyyəsinin Fatih Kültür Mərkəzində baş tutacaq gecədə Azərbaycandan və Türkiyədən qonaqlar dəvət edilib. Gecədə hər iki ölkənin elm adamları ilə yanaşı musiqiçilər və şairlər də iştirak edəcək.
Azərbaycanın və Türk dünyasının tanınmış böyük şairi Sabir Rüstəmxanlının 70 illiyinə həsr olunmuş şeir gecəsində şairin seçilmiş şeirlərindən ibarət “Yurdumun En Güzel Nağmesi”adlı Türk dilində çap olunmuş şeirlər kitabı da qonaqlara təqdim ediləcək.
Hazırda tədbirə hazırlıq işləri davam edir. Tədbirə hazırlıq işlərindən fotoşəkilləri təqdim edirik.
İnterpress.az