Müsabiqənin qalibi Ukraynanı “1944” adlı mahnı ilə təmsil edən Jamala olub. Ukrayna təmsilçisi münsiflərdən 211, tamaşaçılardan 323 səs toplayaraq 534 xalla birinci olub.
Birincilik qazanan mahnı Krım tatarlarının deportasiyasından bəhs edir. “1944” adlı mahnının söz və musiqisi ifaçının özünə məxsusdur. Mahnının nəqarətində krım türkcəsində sözlərdən istifadə edilib.
Səsvermənin müəyyən fraqmenti Rusiya -Ukrayna arasında siyasi yarış şəklində gedib.
Müsabiqənin ikincisi Avstariyanı təmsil edən Dami İm , üçüncüsü isə Rusiyanı təmsil edən Sergey Lazarev olub. Ermənistanı təmsil edən İveta Mukuçyan isə 6-cı pillədə qərarlaşıb. Azərbaycanı “Miracle” mahnısı ilə təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci sırada yer alıb. Ona 44 xal münsiflər, 73 xal isə tamaşaçılar tərəfindən verilib.
İnterpress.az