Tərkib:
250 qr quzu əti
3 ədəd baş soğan
150 qr kərə yağı
1,5 st. su
Duz, istiot
Hazırlanması:
Ət və 1 ədəd soğan ətçəkən maşından keçirilir. Qarışığa duz və istiot səpilib qarışdırılır. Farşdan xırda kotletlər (uzunsov) hazırlanır, yağda qızardılıb kənara qoyulur. 2 ədəd soğan xırda doğranıb yağda qovrulur. Qızarmış soğanın üstünə kotlet əlavə edilib su tökülür. Sulu kotlet zəif odda 15 dəqiqə bişirilir.
NUş olsun!
İnterpress.az