Tərkib:
2 qr keşniş toxumu
30 qr qoz ləpəsi
1 qr zəfəran
½ st. qaynar su
2 x.q. bəhməz
50 qr buğda
2 qr darçın
Hazırlanması:
Zəfəran suda dəmlənir. Buğda yağsız tavada qovrulur. Qoz, buğda və keşniş toxumu üyüdülüb qarışdırılır. Qarışığa zəfəran şirəsi, bəhməz, darçın əlavə edilib qarışdırılır.Kütlə hissələrə bölünüb istənilən şəklə salınır.Üstünə qoz ləpəsi qoyulub süfrəyə verilir.
Nuş olsun!