“Tubzon” deyilən vərəm xəstələrinin cəza çəkdiyi CÇM-nə göndərilən Tərlan Ağadadaşovun atası Faiqdən münasibət alıb. O faktı təsdiq edərək “Cümə günü yanına getmişdim. Vəziyyəti, səhhəti və psixoloji durumu əla səviyyədə idi. Sadəcə bir neçə gün öncə Yusif Peyğəmbərin filminin klubda nümayiş etdirilməsilə bağlı Zöhrab adlı əməliyyatçı ilə mübahisələri düşüb. O da gedib rəislə danışıb; deyibki bu filmi bütün Azərbaycan izləyir, bizim telekanallar yayımlayır, bunun yayımlanmasında nə problem var ki? Rəis filmin nümayiş etdirilməsinə izin verib”, – deyə bildirib.
Faiq Ağadadaşov oğlunun “Tubzon”a göndərilməsindən narahatlığını bildirib: “Şənbə günü PX-dən qara maskalılar gəlib 5 nəfəri – Tərlan Ağadadaşov, Davud Kərimov, Rövşən Məmmədov, Elşad Rzayev və Telman Şirəliyevi “Tubzon”a aparıblar. Rəis deyir ki, mənlik deyil, “yuxarı”dan tapşırılıb nədir bilmirəm.” Ora xəstələr göndərilir, yəni vərəm xəstələri. Mənim oğlum 120 kq çəkidə, əvvəli idmançı, güclü və səhhətində heç bir problemi olmayan biridir. Onu ora niyə göndərirlər? Orada xəstə etməyəmi? Yoxsa döyməyəmi? Mən eşitmişəm ki, “Tubzon”a ya xəstələr, ya da döyülməli adamlar aparılır. Amma bu haqda rəisin yanına gedəcəyik, o bizə övladlarımızın “Tubzon”a niyə göndərilməsi haqda məlumat versin. Biz onların səhhətindən, o cümlədən həyatlarının təhlükədə olmasından narahatıq. Əgər içəridə nəsə qanun pozublarsa, cəza kamerası – yəni “kars” var. Ora salsınlar. Əgər nəsə cinayət ediblərsə məhkəmə keçirib, başqa “zon”a, “krıtı”ya göndərərdilər.”, – deyə Faiq Ağadadaşov əlavə edib.
O həmçinin vəkillə “Tubzon”a getdiyini qeyd edərək, istirahət günləri olduğu üçün görüş izni verilmədiyini və islamçı məhbusların “karantin”də olduqlarını öyrəndiklərini də bildirib.(İslamazeri.az)
İnterpress.az