Sabah Saday Şəkərlinin məhkəməsidirbackend

Sabah Saday Şəkərlinin məhkəməsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saat 16:00 radələrində baş tutacaq məhkəmə prosesində S.Şəkərli ilə bağlı məhkəmə hökmünün elan ediləcəyi gözlənilir. Xatırladaq ki, son məhkəmə prosesində dövlət ittihamçısı S.Şəkərlinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələbi ilə çıxış edib.

Qeyd edək ki, rəsmi məlumata görə, Bakı şəhər sakini Saday Şəkərli külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S. Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Sabah Saday Şəkərlinin məhkəməsidir

İnterpress.az