İnterpress.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi prezidentlərin görüşü ilə bağlı açıqlamasında indiki status-kovnun müvəqqəti olduğunu bəyan edib.
\”Görüşlə bağlı bəyanat var, tezliklə ictimaiyyətə bu barədə məlumat veriləcək\”, – Almaniya XİN-in yaydığı məlumatda qeyd edilir.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədri olan ölkələrin XİN başçılarının iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş az öncə başa çatıb.
Görüşdəki müzakirələrlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Lavrov isə görüşün nəticəsi olaraq ATƏT-in Qarabağdakı insidentin araşdırılması ilə bağlı konkret addımlar atacağını bildirib:
\”Düşünməyə əsas var ki, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsində kompromisə meyillidirlər. Biz bundan istifadə edəcəyik”.
İnterpress.az