Bunu İnterpress.az-a açıqlamasında “Azərbaycan Dəmir yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
“STADLER” kanpaniyasından 30 ədəd yataq tipli vaqonların alınması plandadır. Bu vaqonlar Canfort, biznes ve standart hissələrdən ibarət olacaq, həm də vaqon –restaran da xidmət göstərəcək. Qatarların xarici və daxili tərtibatı çox fərqlidir. Təkər cütləri avtomatik yığılıb enlənə bilir. Bizim sərhədlərdə təkər cütləri enlidir. Amma bu qatarlar Avropa sərhədinə keçən kimi ensiz – yəni onların standartına uyğun dəyişəcək ”.
Gediş qiymətlərindən danışan N.Əzməmmədov bildirib ki, bunun həllinə gələcəkdə baxılacaq. Yəqin ki, təyyarədən ucuz olacaq deyə əlavə edib.
Qeyd edək ki, \” Bakı-Tbilisi-Qars\” dəmir yollarının 2017-ci ildə açlışı olması planlaşdırılır.
Gülşanə Mustafayeva
İnterpress.az