Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfər edəcək.
İnterpress.az-ın Fransa Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, o, mayın 19-da Fransanın xarici işlər naziri Jan Mark Eyro və Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirlə görüşəcək.
Görüşlərdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas müzakirə mövzusu olacaq.
İnterpress.az