Ancelina Coli İranı təriflədi – VİDEObackend

Ancelina Coli İranı təriflədi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) xoşməramlı səfiri olan Coli Avropanın \”qlobal qaçqın problemində kiçik bir hissə\” olduğunu vurğulayıb.

Nitqində Türkiyə, Pakistan, Livan, İran, Efiopiya və İordaniyanı bu məsələdə daha həssas olduğuna görə tərifləyən Coli \”Biz – Qərbdəkilər nə qaçqın böhranının ortasındayıq, nə də böyük fədakarlıqlar edirik\” deyib. O, 60 milyondan çox insanın evlərindən didərgin düşdüyünü və bunun son 70 ildəki ən yüksək rəqəm olduğunu qeyd edib:

\”Bu, dünyanın sülh və əmin-əmanlığı üçün çox qorxulu mesajdır. Qonşunun evində yanğın varsa, qapıları kilidləmək təhlükəsizlik deyil\”.

A.Coli ABŞ prezidentliyə namizəd olan Donald Trampın müsəlmanlar və qaçqınları ölkəyə buraxmamaq təklifini tənqid edərək deyib:

Ancelina Coli İranı təriflədi - VİDEO

\”ABŞ hər zaman azadlıq axtarışında olan insanların ən rahat yeri olub. ABŞ prezidenti olmağı planlaşdıran bir adamın belə sözlərini eşitmək mənə çox ağırdır\”.