Mehriban Əliyeva 10 min məhkum üçün amnistiya istədibackend

Mehriban Əliyeva 10 min məhkum üçün amnistiya istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin (MM) deputatı Mehriban Əliyeva 28 May – Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı MM-ə müraciət edib.

İnterpress.az-ın xəbərinə görə, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.
Bu, M.Əliyevanın amnistiya aktı ilə bağlı MM-ə dördüncü müraciətidir.
10 min nəfəri əhatə edəcək amnistiya aktı qəbul olunacağı təqdirdə 3 500 nəfər məhkum azadlığa çıxacaq.
M.Əliyevanın müraciətinə MM-in mayın 20-də keçiriləcək növbəti plenar iclasında baxılacaq.

İnterpress.az