Masallı rayon sakini Sirac Ağayev “Mercedes” markalı avtmobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn çay daşı ilə dolu yük avtomobilinə çırpılıb. Qəzanın təsirindən yük maşını yoldan çıxaraq ətrafdakı iri gövdəli ağaca çırpılıb.
Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Göstərilən tibbi yardımlara baxmayaraq, minik avtombilinin sürücüsü Sirac Ağayev dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.