Hamıdan gözəl mənəm…backend

Hamıdan gözəl mənəm…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əl üçün maska

100 ml portağal suyu 2 x.q. balla qarışdırılır, əllərə çəkilib 10 dəq. sonra yuyulur. Bu maskadan hər gün istifadə edə bilərsiz.

Bədən üçün losyon

½ fincan limon suyu ilə ½ fincan bal qarışdırılıb buxarda bişirilir. 5 dəq. soyudulub bütün bədənə çəkilir. Losyona sevimli ətrinizdən 1-2 damcı qatmağı unutmayin.

Yetkin yaş üçün qidalandırıcı maska

1 ədəd kök sürtgəcdən keçirilir, üzərinə 1 ədəd yumurta sarısı, 1 x.q. nişasta, 1 x.q. süd və 1ç.q. bal əlavə edilib qarışdırılır. Üz dərisinə çəkilir, 15 dəq. saxlanıb ilıq su ilə yuyulur.

Ballı vanna

200 qr bal su buxarında əridilib su doldurulmuş vannaya əlavə edilir.
20 dəq. vanna qəbulundan sonra, əlavə vasitədən istifadə etmədən, sadəcə su ilə yaxalanıb bədən üçün krem çəkilir. Dəriniz yumşaq və məxmər kimi olacaq.


İnterpress.az