Psixoloqlar evdə davamlı səliqəsizliyin stress və depressiya riskini artıra biləcəyini bildirirlər.
İnterpress.az xəbər verir ki, bu barədə psixoloqların açıqlamalarına istinadən məlumat yayılıb.
Dağınıq əşyalar, çirkli qablar və yığılan əşyalar beyində koqnitiv yüklənməyə səbəb ola bilər. Bunun isə yorğunluq və stress hissini artırdığı bildirilir.
Psixoloqlar vəziyyəti yaxşılaşdırmaq üçün vaxtaşırı evdə kiçik bir sahəni, məsələn, bir rəfi səliqəyə salmağı tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.az






