Yük daşınması 3,8 faiz azalıb, sərnişin daşınması isə 1,8 faiz artıbbackend

Yük daşınması 3,8 faiz azalıb, sərnişin daşınması isə 1,8 faiz artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,8 faiz azalıb, sərnişin daşınması isə 1,8 faiz artıb.
Yük daşınmasında müşahidə olunan gerilik dəniz, dəmir yolu və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.

Yüklərin 59,9 faizi avtomobil, 30,6 faizi boru kəməri, 7,0 faizi dəmir yolu, 2,5 faizi dəniz nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 87,8 faizi avtomobil, 12,1 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb.

Gülşanə Mustafayeva

İnterpress.az