Türkiyə KİV-nin verdiyi xəbərə görə, əsgərlərin olduğu avtomobilin keçdiyi yolda terrorçuların hücumu həyata keçirilib.
Hakkari əyalətinin Şemdinli rayonunda terrorçular tərəfindən partladılan hərbçilərin maşınında 4 türk əsgəri şəhid olub.
Partlayış nəticəsində yaralıların olduğu da bildirilir.
Hazırda hadisə yerinə hərbçilərlə yanaşı, xüsusi təyinatlı qüvvələr də cəlb olunub. Partlayış törədilən ərazidə əməliyyat axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, son günlər Türkiyənin Hakkari bölgəsi terrorçuların ən çox hücumuna məruz qalan əyalətdir.(modern.az)
İnterpress.az