İran polisi ölkənin cənubunda iri opium partiyasını saxlayıb. Anti-narkotik reydi zamanı Hörmüzqan əyalətinin polisləri təxminən 1,7 ton narkotik daşıyan yük maşınının sürücüsünü saxlayıblar.
Hazırda narkotikin kimə məxsus olduğu və bu kimi məsələlərin araşdırılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Xatırladaq ki, opiumdan morfin, papaverin və kodein, həmçinin heroin kimi güclü təsiredici preparatların hazırlanmasında xam mal kimi istifadə edilir.(islamazeri)
İnterpress.az