Musavat.com xəbər verir ki, bu barədə Teleqram sosial şəbəkəsində məlumat yayılıb. Məlumata əsasən Şirazın Adilabad zindanında 1 illik həbs cəzasını çəkən Abbas Lisani ötən gün həbs müddəti başa çatdığı üçün azadlığa çıxmalı idi. Lakin azərbaycanlı fəal barədə yeni məhkəmə qərarı çıxarılıb və həbs müddəti uzadılıb. Abbas Lisani azadlığa çıxmasına maneçilik yaradıldığı üçün əvvəlcədən elan etdiyi kimi mayın 19-dan aclıq aksiyasına başlayıb. Digər həbsdə olan azərbaycanlı milli-mədəni fəallar ona dəstək olmaq üçün aksiyaya qoşulublar. Həmçinin digər fəallar,
Xatırladaq ki, Abbas Lisani 2011-ci ildə Urmiya gölünün ekoloji durumu ilə bağlı Ərdəbildə keçirilən etirazlardan sonra saxlanılmışdı. Ötən ilin may ayında milli-mədəni fəala bir il həbs cəzası verilmişdi
Onu da qeyd edib ki, Abbas Lisani hüquq müdafiə üzrə nüfuzlu Amnesty İnternational kampaniya təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb. Abbas Lisani bundan öncə də milli fəallığına görə dəfələrlə həbs olunub.
İnterpress.az