İspanaqlı kişbackend

İspanaqlı kiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmir üçün:

7 st. un
1 st qatıq
10 qr qabartma tozu
250 qr marqarin
Duz

İçlik üçün:

1 ədəd baş soğan
5 dəstə ispanaq
2-3 x.q. bitki yağı
Duz, istiot

Beşamel sousu üçün:

125 qr kərə yağı
1 x.q. un
1 st. süd

Üzəri üçün:
150 qr holland pendiri
Qırmızı pul bibər

Hazırlanması:
İspanaq doğranıb pörtlədilir. Soğan xırda doğranıb bitki yağında qovrulur. Üzərinə xırda doğranmış göbələk , ispanaq, duz, istiot əlavə edilib bişirilir.

Beşamel sousunun hazırlanması:

Kərə yağı əridilir, üzərinə un səpilib qovrulur. Süd tökülüb qarışdırılır. 2-3 dəq. sonra odun üstündən götürülür.

Xəmir üçün ərzaqlar qarışdırılıb orta xəmir yoğrulur. Xəmir açılır, yağlanmış qaba yerləşdirilir (xəmirin kənarları yuxarı doğru qaldırılır. Üzərinə ilk öncə ispanaqlı qarışıq, daha sonra beşamel sousu tökülüb, yayılır, üzərinə sürtgəcdən pendir keçirilib, pul bibər səpilir.
İspanaqlı kiş 180 dərəcəli sobada 30-35 dəq. bişirilir.


İnterpress.az