Hadisə Salyan şəhər Təvəkkül Sultanov küçəsi, ev 51-də qeydə alınıb.
Həmin ünvanda yaşayan və ruhi xəstə olan Cəsur Zeynalov 21 yaşlı oğlu Fərid Zeynalovun bud nahiyəsinin yuxarı hissəsinə 1 bıçaq zərbəsi vurub. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır. (report)
İnterpress.az