NİDA-çı gənc üçün ekspertiza təyin edildibackend

NİDA-çı gənc üçün ekspertiza təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda vəkil Elçin Sadıqov məlumat verib. Vəkil deyib ki, bu, onun bədənində işgəncə izlərinin müəyyən edilməsi məqsədi ilə təcili təyin edilməli məhkəmə tibbi ekspertizası deyil: “Həmin ekspertizanı işgəncə izləri tam sorulandan sonra təyin edəcəklər. Hazırda təyin edilən isə Qiyas İbrahimovun narkoman olub-olmamasını müəyyən etmək üçün məhkəmə narkoloji ekspertizasıdır”.
Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatda bildirilir ki, hər iki gənc narkotik maddəylə əlaqəli saxlanılıb.

“Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.
Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb”.

NİDA hərəkatı hesab edir ki, gənclər Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentini yazdıqlarına görə saxlanıblar.

(Modern)
İnterpress.az