Minillikləri ehtiva edən 70 ilbackend

Minillikləri ehtiva edən 70 il

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amma bunların hamısından yüksəkdə zamanı və tarixi əbədiyyətə çevirməyi, onu istədiyi vaxt dayandırmağı və istədiyi vaxt bircə anı yüz ildən dəyərli etməyi bacaran işıqlı zəka və böyük qəlb dayanır.

Əslində, şairlik zamanı öz iradəsinə tabe etmək qüdrətidir, əks halda, hər şey bu zaman nəhrində axıb gedər və mənasız boşluqlarda yox olardı. Sabir Rüstəmxanlı XX əsrin 60-cı illərində ədəbiyyata gələndə artıq min illik bir tarixi əsəblərindən, duyğularından keçirmişdi və tale onun üzərinə yeni zamanın yeni Azadlıq himninin yaradıcısı olmaq missiyasını qoymuşdu və o, bu missiyanı uğurla yerinə yetirdi.

Sabir Rüstəmxanlının ədəbi, ictimai, siyasi taleyi heç vaxt rəvan olmadı; 1988-1990-cı illərin təlatümlü və burulğanlı yollarını müstəqillik və azadlığımızla birgə keçən şairin siyasi, ictimai mübarizəsini daim ədəbi mübarizə və ədəbi mübarizəsini siyasi-ictimai döyüşləri tamamladı. Doğrudur, bəziləri Sabir Rüstəmxanlının eyni zamanda həm siyasi, həm ictimai, elmi, ədəbi və s. və i.a. istiqamətdə fəaliyyətinin onun poeziyası üçün vaxt məhdudiyyəti yaratdığını bildirirlər, fikrimizcə, bu məqsədli bir yanlışlıqdır, kiçik çaylar sonda böyük nəhr yaratdığı kimi bu istiqamətlər də sonda nəhəg Sabir Rüstəmxanlı fenomenini formalaşdırmışdır.

Sabir Rüstəmxanlı klassik irs üzərində yüksələn və qabaqcıl dünya ədəbiyyatının ən yaxşı ənənələrini özündə ehtiva edən böyük milli şairrimizdir.

Özü də bu millilik təkcə Şimali Azərbaycan sərhədləri ilə məhdudlaşan millətçilik səviyyəsində deyil, Şərqi Avropadan, Balkanlardan başlayaraq Çinə, oradan Alyaskaya qədər uzanan nəhəng bir türk sevdasıdır. Sabir Rüstəmxanlının yaradıcılığından danışan tənqidçilərimizdən biri onu zəmanəmizin sufisi adlandırmışdır, həmin müəllif yazır: Sabir Rüstəmxanlı vətən sevadlıdır, bu mənada o, Vətən eşqinin sufisidir; o, millət sevdalıdır, o, millət sevdasının sufisidir; o, türk sevdalıdır və türk sevdasının sufisidir.

Bu sufilik təkcə simviolik sevgilərlə deyil, həm də Sabir Rüstəmxanlının praktik həyatı ilə gerçəkləşən sufilikdir. O, illərdi millət sevdalı bir dərviş kimi dəmir çarıq geyib türk dünyasını dolaşır: Türkiyədən Uyğurustana, Altaydan Başqırdıstana, Hunlar ölkəsindən Balkanlara yol salıb, materiklər, qitələr keçib və hələ çox yollar keçəcək… Bu da ömrün 70-i. Zaman və məkan baxımından bu ömrə sığanları nə 70 ilə, nə də bir ölkə sərhədlərinə sığışdırmaq mümkün deyil.

Amma Sabir Rüstəmxanlı sığışdırıb. Təbii ki, kiçik bir təbrik yazısında onun gördüyü işləri, yazdığı əsərləri sadalamaq fikrində deyilik, üstəlik, qarşıda hələ görüləsi çox işlər var. Biz ona – bu Vətənin, bu millətin və bütövlükdə bütün türk dünyasının böyük oğluna – cansağlığı, uzun ömür diləyirik. Gün o gün olsun ki, yüz yaşınızı qeyd edəsiniz, Sabir Rüstəmxanlı!

Hörmətlə,

VHP Siyasi Şurasının üzvləri