Ramazan ayı ilə əlaqədar Türkiyənin \”TRT\” kanalının İstanbulda yerləşən Aya Sofya kilsəsindən canlı yayıma qoşulması, eləcə də azan verilməsi qonşu Yunanıstanı ciddi narahat edir. Uzun illərdir Afinada məscid tikintisinə icazə verməyən Yunanıstan hökuməti Türkiyənin bu addımını yolverilməz sayır.
Məlumatına görə, İstanbuldakı Aya Sofya məbədəindən imsak yayımları həyata keiçrməsi planları Yunanıstanın sərt reaksiyasına səbəb olub. Bu ölkənin istanbuldakı baş konsulu Evangelos Sekeris məbədin olduğu bölgəyə gedib. Yunanıstan Xarici İşlər Nazirliyi bu səfəri Aya Sofyadakı tədbirlərin nə cür olacağını görmək üçün həyata keçirildiyini açıqlayıb. Lakin bundan sonrakı açıqlamalar daha da sərtləşib. Rəsmi Afina tarixi məbəddə Ramazan mərasimlərinin keçirilməsinin qəbuledilməz olduğunu bəyan edib. Verilən açıqlamada Aya Sofyanın məscid olmadığı, tarixi irs abidə olduğu vurğulanıb. Elə Yunanıstanın ölkəmizdəki səfiri də Türkiyə hakimiyyətinin bu qərarını tənqid edib. O, İstanbuldakı Müqəddəs Sofiya kilsəsinə hörmət tələb edib.
Aya Sofyanın daxili
Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç isə Yunanıstanı ağıllı olmağa dəvət edib. O, Yunanistan hokumətini Afinada illərdir ki, məscidin inşasına icazə verməməkdə günahlandırıb. Türkiyə xarici işlər nazirliyinin sözçüsü Yunanıstanı həm də Qərbi Trakyadakı türk azlığının dini hüquqlarına hər zaman müdaxilə etdiyini də söyləyib.
Son günlər Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda Almaniya da məsələyə münasibət bildirib. Ölkənin xarici işlər nazirliyinin sözçüsü Martin Şefer Aya Sofyanın istifadəsinin Türkiyənin məsələsi olduğunu deyib. Aya Sofyadan yüz illər boyu məscid kimi istifadə olunub. Eyni zamanda tikili YUNESKO-nun dünya mədəni irsi siyahısında olduğunu və istifadəsinin də dünya mədəni irsi statusuna toxunulmadan mümkünlüyünü söyləyib.
Aya Sofya kilsəsi 6-cı əsrdə Bizans imperatoru Yustinian dövründə kilsə olaraq inşa edilib. İstanbul Osmanlı ordusu tərəfindən ələ keçirilikdən sonra 1453-cü ildə məscidə çevrilib. 1930-cü illərdə həyata keçirilən rekonstrukiya işlərindən sonra Aya Sofya muzey olaraq fəaliyyətini davam etdirib. Türkiyə hökuməti bundan əvvəl də Aya Sofya dini mərasimlər keçirib. 2011-ci ildən başlayaraq hər il məbədin içərisində Quran oxunub və Ramazan verlişləri yaymlanıb. (ans)
İnterpress.az