Əhməd Əhmədzadənin regonlardakı “sələfləri”ndən şikayətbackend

Əhməd Əhmədzadənin regonlardakı “sələfləri”ndən şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regonlardakı Suvarma Sistemləri İdarəsinə nədən “Pulsovurma” idarəsi deyillər?

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhimdar Cəmiyəti suyu “Birlik”lərə satır,Birlik isə suyu əhaliyə satır..Bəs Birliyə rəhbərliyi nədən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhimdar Cəmiyəti edir?

Biləsuvar rayonu Amankənd kənd sakini Əliyev Kazım Mirəli oğlu tərəfindən Asiya.İnfo-ya daxil olan müraciətdə regionlarda məmur saxtakarlığının və süründürməçiliyinin bariz nümunəsini görmək olar.Müraciətdən belə başa düşülür ki,bəzi məmurların ucbatından kənd təsərrüfatı bərbad vəziyyətə düşmək ehtimalı daha çoxdur,nəinki əksinə…

Biləsuvar rayonunda əkin –biçinlə məşğul olan Kazım Əliyev başına gətirilən haqsızlıqları belə ifadə edir:

“Sizə məlum edirəm ki, mən ailəliyəm 3- övladım var özüm ali təsilliyəm,YAP-ın üzvüyəm, hazırkı vaxtda heç yerdə işləmirəm və ailəmi mənə məxsus 4.70 ha mülkiyyətimdə olan pay torpaqımı əkib becərmələ dolandırıram. Lakin suvarma Biləsuvar Suvarma İdarəsinin müdürü Ədalət Babayev əkin sahəmi suvarmağa şərait yaratmır.Səbəb isə mənim sahəmə su dizel yanacağı vasitəsi ilə işləyən su nasosu ilə verilməlidi. Qeyd edim ki həmən ərazidə təkcə mənim əkin sahəm deyil ümumilikdə götürsək təxminən 50- hektar sahə var. Ədalət Babayevdə deyir ki nasosu və yanacagı gedin özünüz necə həll edə bilirsiniz edin, edə bilmirsiniz suyla bağlı mənim yanıma gəlməyin.

Mən bu məsələylə bağlı müvafiq qurumlara şikayət edəcəyimi bildirdikdə isə mənə cavabı :
“Get hara istəyirsən müraciət elə onsuzda sənin şikayətinə baxan olmayacaq, sənin kimi hər gün bilirsən nə qədər adam şıkayət edir?Amma heç xeyri də olmur çünki məni hamı tanıyır səni kim tanıyır ki, sənin sözünlə mənə nəsə desinlər?”

Ölkə başçısı Cənab İlham Əliyev 2016-cı ili Kənd Təsərrüfatı ili elan etməyinə və məmurların vətəndaşlarla münasibətlərini yaxşılaşdırmalarına göstəriş verməsinə baxmayaraq suvarma idarəsinin müdürü Ədalət Babayev butün bunların əksinə gedir.

Melorasiyanın “Birlik” oyunu.

Müraciətdə vətəndaş haqlı olaraq ərazisinin suvarılması ilə bağlı preskurant kimi təyin edilən qiymət tariflərini də ortalığa qoyub.

Belə ki,Kazaım Əliyev iddia edir ki, kənd təsərrüfatı bitkilərinin əkilib becəril- məsi üçün pay torpağım var, lakin əkdiyim bitkini suvara bilmirəm. Səbəb isə su- varma birliyi ilə aramızda yaranmış mübahisədir. Mübahisəyə səbəb isə istifadə etdiyim suya görə ödyəcəyim məbləğlə baglıdır. Belə ki Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhimdar Cəmiyətinin rəsmilərindən aldıgım məlumata görə Biləsuvar rayonu ərazisindəki əkin sahələrinin suvarılması üçün bir hektar sahəyə 1000 kub su istifadə olunur,1000 kub suyu dövlət su təsərrüfatı birliyinə 50(əlli) qəpiyə satır birlik isə əlavə xərclərini hesablayaraq istifadəçiyə 1.45 azn satmalidır.

Birlik suyu 1.45 azn əvəzinə 4-5manata satır

Lakin Birlik suyu 1.45 azn əvəzinə 4-5manata satırlar. Birlik işçıləri suyun pulunu nəğd şəkildə alırlar, təsadüf hallarda hesabın ödənişi üçün mətbəədə hazırlanmış qəbzdən istifadə edirlər. Bank, Poçt və ya ödəmə terminallarında ödəniş etmək üçün hesab nömrəsini tələb etdikdə imtina edir- lər. Belə olduğu halda bir hektar sahənin suvarılması üçün məndən 2.55-3.55 AZN əlavə pul alırlar.

Bu fərqi Biləsuvar rayonunun əkin sahələrini ümumi götürsək mülkiyətçilərdən ümumilikdə milyonlarla pul yığıldığının şahidi olarıq. Qeyd edim ki hazırkı vaxtlara qədər mən suvarma birliyinin olduğunu bilmirdim, bu işlərə bir başa Biləsuvar rayon suvarma idarəsinin nəzarət etdiyini bilir dim. Xatırlatmaq istəyirəm ki mənim mülkiyyətimdə olan əkin sahəm mənə verildiyi gündən indiyə kimi suvarma üçün su nasosunu və dizel yanacağını indiyə kimi özüm həll etmişəm lakin indi ailəm böyüyüb xərclər çoxalıb deyə bu xərcləri ödəyə bilmirəm. Çünki hazırkı qiymətlə götürəndə bir hektar sahənin suvarılması üçün su nasosunu işlədən 20 manat pul və 50litr dizel yanacağı və sürtkü yağı istəyir.

Bu isə ümumilikdə ən azı 50 manat pul edir. Beləliklə 1 hektar sahə suvarmaq üçün 50 manat xərcləyəcəmsə 4.70 hektar sahəyə bir dəfə suarmaya görə 235 manat pul xərcləməliyəm əkdiyim pambıq bitkisini ən azı 3-dəfə suvarmalıyam və ümumilikdə 705manat pul xərcləməliyəm. lakin qanunla götürsək bir hektar sahənin suvarılması üçün 2-manat pul ödəməliyəm bu da ümumilikdə 4.70 hektar sahənin suvarılması üçün 3-dəfə su nəzərdə tut- saq 28.2 azn xərcləməliyəm. Yuxarda göstərdiyim kimi 705 manat pul xərclədiyim pulu suvarma idarəsi dövlətin ayırdığı vəsayitin hesabına həll etməlidir.

Dövlətin ayırdığı vəsait suvarma idarəsi tərəfindən mənimsənilir.

Belə olan halda dövlətin ayırdığı vəsaitin suvarma idarəsin tərəfindən mənimsənildiyini və korrupsiya faktının olmasını hesab edirəm. Odur ki, sizdən xahiş edi rəm ki mənim üzləşdiyim problemi lazımi qurumlara çatdırasınız.(asiya.info)

İnterpress.az