4 prokuror Pyana çayında boğulub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Dəhşətli hadisə Nijni Novqorod vilayətinin Pilninski rayonunda baş verib. İçərisində 5 hüquq-mühafizə orqanı əməkdaşının olduğu UAZ Pyana çayına düşüb.
Avtomobildə üç kişi və iki qadın var idi – şirkət istirahətə gedirdi.
Yalnız bir sərnişin çıxa bilib. O, hadisə şahidlərindən xilasediciləri çağırmağı xahiş edib.
Faciənin dəqiq nədən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az