Belə ki, özünüzü davamlı yorğun hiss edirsinizsə, əsəbilik, unutqanlıq, bədbəxtlik hissi, həddindən artıq yemək istəyi varsa, bunun səbəbi B12 əskikliyi ola bilər.
Həqiqətən də B12 vitamininin əskikliyi insan həyatında, başda sinir sistemi olmaq üzrə yaddaş konsentrasiyası, qayğı, stress, bədən ağrıları, ağrını olduğundan çox qəbul etmə hissi, ağlını itirmə və metabolik sürətin yavaşlaması kimi bir çox ciddi narahatlıqlara səbəb olur.
B12 vitamini yediyimiz yeməklər vasitəsilə bədənimizə daxil olur. Yəni bədən B12 istehsal etmir. Tərkibində B12 vitamini olan qidaları yetərincə qəbul etməmək və ya mədə xəstəlikləri B12 çatışmazlığının əsas səbəblərindəndir.
Bu vitaminin nə qədər faydalı olmasını bilmək üçün aşağıdakıları oxumağınız yetərlidir:
B12 vitamini hüceyrə yaşlanmasının qarşısını alır.
Sinir hüceyrələrini bərpa edir.
Orqanizmi ürək və damar xəstəliklərindən qoruyur. Damarları iflicə və yüksək təzyiqə qarşı qoruyur.
B12 vitamini eyni zamanda karbohidratları enerjiyə çevirir,yağı azaldır.
Çəkini nəzarətdə saxlamaq üçün B12 çox əhəmiyyətlidir.
B12 vitamini bədən enerjisini artırdığı üçün halsızlıq və yorğunluğun qarşısını alır. Bu da yemək istəyini azaldır.
B12 karbohidratları enerjiyə çevirib, şəkərin sorulmasını yaxşılaşdırdığı üçün beyin ehtiyacı olan şəkərlə təmin edilir və bu da unutqanlığa mane olur.
Döş vəzi, prostat, ağciyər xərçənginə qarşı qoruyucu təsiri vardır.
Sağlam saç, dəri və dırnaq üçün B12 əsas elementdir. Bu vitamin yeni hüceyrələrin yaranmasını və dərinin mütəmadi olaraq, yenilənməsini təmin edir.
Bədənimizdə B12-nin səviyyəsinin normada olması üçün:
İldə ən az 1 dəfə həkimə müraciət edərək, B12 səviyyənizi ölçdürün.
Qırmızı ət, ciyər, balıqlar, dəniz məhsulları, qatıq, pendir və yumurta kimi məhsullardan istifadəni artırın.
Yaşınız çoxdursa, və ya B12 vitamininin bədəninizdən sorulmasına mane olacaq bir narahatlığınız varsa, həkim nəzarəti altında ağızdan və ya inyeksiya müalicəsi şəklində B12 qəbuluna başlaya bilərsiniz.
Dərman və ya inyeksiya şəklində B12 qəbulu kökəlməyə səbəb olmur.
İldə ən az 1 dəfə həkimə müraciət edərək, B12 səviyyənizi ölçdürün.
Qırmızı ət, ciyər, balıqlar, dəniz məhsulları, qatıq, pendir və yumurta kimi məhsullardan istifadəni artırın.
Yaşınız çoxdursa və ya B12 vitamininin bədəninizdən sorulmasına mane olacaq bir narahatlığınız varsa, həkim nəzarəti altında ağızdan və ya inyeksiya müalicəsi şəklində B12 qəbuluna başlaya bilərsiniz.
Dərman və ya inyeksiya şəklində B12 qəbulu kökəlməyə səbəb olmur. (musavat)
İnterpress.az