Yüksək nəticə göstərən abituriyentlərdən biri də Xırdalan şəhəri 5 saylı orta məktəbin məzunu Rəvan Nəzərəliyevdir.
Qəbul imtahanında rekorda imza atan R.Nəzərəliyev təəssüratlarını bölüşüb.
O, imtahanda 700 bal toplayacağını gözləmədiyini deyib. Rəvanla yanaşı qardaşı Nurlan Nəzərəliyev də I ixtisas qrupu üzrə qəbul imtahanında yüksək nəticə göstərib-685 bal.
“Orta məktəbdə qiymətlərimiz həmişə yüksək olub. Müxtəlif olimpiadalarda yaxşı nəticələr göstərmişik. Qardaşımın məndən az bal toplamasına səbəb orada aldadıcı sualın olmasıdır. İkimiz də sənədlərimizi Bakı Ali Neft Məktəbinə verəcəyik. İxtisası isə hələ seçməmişik”.
R.Nəzərliyev 700 bal topladığına görə sevincinin həddi-hüdudunun olmadığını deyib.
Qeyd edək ki, iyunun 15-də keçirilən imtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəbin, “Ankara Məktəbi” məktəb-liseyinin, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb. (azVision.az)
İnterpress.az