Atasının maşınını qaçıran yeniyetmə QƏZA TÖRƏTDİ: 17 yaşlı qız hadisə yerində ÖLDÜ – FOTO/VİDEObackend

Atasının maşınını qaçıran yeniyetmə QƏZA TÖRƏTDİ: 17 yaşlı qız hadisə yerində ÖLDÜ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafında dəhşətli qəza: Atasının avtomobilini qaçıran yeniyetmə rəfiqəsinin ölümünə səbəb olub

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskva vilayətində atasının avtomobilini gizlicə qaçıran yeniyetmənin törətdiyi ağır yol-nəqliyyat hadisəsi bir gənc qızın ölümünə, digərlərinin isə yaralanmasına səbəb olub.

Sürücülük vəsiqəsi olmayan 17 yaşlı yeniyetmə atasının krossover markalı avtomobilini icazəsiz götürərək dəhşətli qəzaya səbəb olub.

Ötmə manevri zamanı idarəetmədən çıxan nəqliyyat vasitəsi yoldan kənara çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin salonunda olan 17 yaşlı Saşa hadisə yerindəcə faciəvi şəkildə həyatını itirib.

Hadisə zamanı maşında olan daha iki azyaşlı sərnişin – 15 və 13 yaşlı qızlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzanın törədilməsində birbaşa təqsirkar olan və qəzadan sağ çıxan 17 yaşlı sürücü barəsində cinayət işi açılıb.

Məhkəmənin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda baş vermiş bədbəxt hadisənin bütün təfərrüatlarının araşdırılması istiqamətində istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az