ABŞ sakini zənginlər üçün bilet və otel sifariş etməklə milyonlar qazanır.
İnterpress.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
ABŞ-də yaşayan bir qadın zəngin insanlar üçün otel, bilet, restoranlarda yer sifariş etmək və digər təşkilati işləri görməklə milyonlarla dollar qazanır.
Milyonçu ailələr gündəlik təşkilati qayğılardan, uçuş biletlərinin seçilməsindən, lüks yaxtaların icarəyə götürülməsindən və özəl ziyafətlərin təşkilindən canlarını qurtarmaq üçün ona böyük məbləğdə pul ödəyirlər.
Bildirilir ki, hər bir zəngin ailə bu cür xidmətlərin qarşılığında ona illik 150 000 dollara (təxminən 255 000 manat) qədər vəsait ödəməyə hazırdır.
Varlı müştərilər bütün bu işlərin peşəkar şəkildə həyata keçirilməsini və özlərinin vaxtlarına qənaət edilməsini olduqca yüksək qiymətləndirirlər.
Bu fərqli fəaliyyət növü hazırda ABŞ-də və digər ölkələrdə fərdi “konsyerj xidməti” (luks şəxsi köməkçi) sahəsində böyük populyarlıq qazanıb.
Mütəxəssislər qeyd edirlər ki, zənginlərin sayı artdıqca, onların şəxsi işlərini və səyahətlərini idarə edə biləcək bu cür unikal idarəçilərə olan tələbat da sürətlə yüksəlir.
Xuraman Etibarlı
İnterpress.az






