Uğursuz blefaroplastika: Ucuz əməliyyatdan sonra qadının gözləri AÇIQ QALIB – FOTObackend

Uğursuz blefaroplastika: Ucuz əməliyyatdan sonra qadının gözləri AÇIQ QALIB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqalada 461 manatlıq əməliyyatdan sonra qadının gözləri açıq qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində uğursuz estetik əməliyyat qurbanı olan Valadiyat adlı qadın gözlərini yummaq qabiliyyətini tamamilə itirib.

O, tanışına məxsus qeyri-qanuni klinika şəraitində cəmi 20 min rubla (təxminən 461 manat) göz qapaqlarının estetikası (blefaroplastika) əməliyyatını etdirib.

“Gözəl baxışlar” əvəzinə ağır görmə problemləri və yuxusuzluqdan əziyyət çəkən zərərçəkmiş artıq neçə vaxtdır ki, gözlərini bağlaya bilmir.

Əməliyyatı həyata keçirən və özünü cərrah kimi təqdim edən Məlikat adlı qadın ilkin olaraq bunun sadəcə şişkinlik olduğunu iddia edib.

Lakin yarım ildən sonra başqa bir peşəkar həkimə müraciət edən Valadiyata acı həqiqət açıqlanıb – onun göz qapağından artıq 3-4 millimetr dəri kəsilib.

İndi onun gözlərinin normal yumulması üçün bədənin digər nahiyəsindən göz qapağına dəri köçürülməsi əməliyyatı tələb olunur.

Zərərçəkmiş qadın məsələni ictimailəşdirdikdən sonra cərrahın anası tərəfindən hədə-qorxularla qarşılaşdığını bildirib.

Bütün bu təzyiqlərə baxmayaraq, Valadiyat hələlik məhkəməyə və hüquq-mühafizə orqanlarına rəsmi şikayət ünvanlamayıb.

Buna səbəb kimi o, əməliyyatı edən yalançı cərrah Məlikatın hamilə olduğunu öyrənməsini və humanistlik nümayiş etdirmək istədiyini göstərib.

Faktla bağlı ictimai nəzarət qurumları tərəfindən araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az